"Yolunuzu bizdən salın!" yarışı davam edir - FOTO

Bu gün 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq “Yolunuzu bizdən salın!” mövzusunda Respublika üzrə növbəti onlayn yarış olub. Yarış Sumqayıt şəhər 2 nömrəli, Zərdab, Salyan, Abşeron, Daşkəsən, Şirvan, Gəncə, Zaqatala rayon uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilib.
Məqsəd respublikamızın müxtəlif bölgələrində təhsil alan şagirdlərin yol hərəkəti qaydaları haqqında bilik səviyyələrini yoxlamaq, onların bu sahəyə marağını artırmaqdan ibarət olub.
Yarışda Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Pərvanə Muradova, Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsinin polis leytenantı Kamran Məmmədov, Zaqatala rayon Dövlət Yol Polisi İdarəsinin polis kapitanı İslam Qarayev, Daşkəsən rayon Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Nemət Yolçuyev, Şirvan şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Sadiq Əliyev, Abşeron rayon Dövlət Yol Polisi İdarəsinin polis leytenantı Rəhim Abdalov, Zərdab rayon Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Rəvan Cəbrayılov, Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Hacı Həsənov, Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və rayon uşaq-gənclər inkişaf mərkəzlərinin əməkdaşları, müəllimlər və valideynlər iştirak edib.
Münsiflər heyəti: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsininin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Pərvanə Muradova, Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova olub.
Yarış Sumqayıt şəhər 2 nömrəli, Zərdab, Salyan, Abşeron, Daşkəsən, Şirvan, Gəncə, Zaqatala rayon uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərindən təşkil olunmuş 8 komanda arasında 2 raundda keçirilib. Hər komanda 5 üzvdən ibarət olub. 40 şagirdin cəlb olunduğu yarışın I raundunda mövzu ilə bağlı rəsm çəkilib, II raundunda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri ekranda əks olunan suallarla yoxlanılıb.
Hər bir komandanın mövzu ilə bağlı çəkdiyi rəsmlər qiymətləndirilərək onların nəticələrinə əlavə olunub.
Bakıda yeni standartlar tətbiq olunur – Pandus problemi həllini tapacaq? – Ekspert AÇIQLADI
Sarı-ağ "zebra"lar təhlükəsizliyi artırır? – ARAŞDIRMA
Minimum parklanma tələbi şəhərlərə nə vəd edir? – ARAŞDIRMA
Qəzaların qarşısını almaq üçün bu qaydaya əməl etməlisiniz - VİDEO
Yolun üzərindəki bu nişanlar nəyi bildirir? – Bakıda yeni TƏCRÜBƏ - FOTO
Avtomobildən zibil atanları hansı cəza gözləyir? – VİDEO
Çəkələklə maşın sürənləri nə gözləyir? - İZAH - VİDEO
Yeni ünvanlar niyə xəritələrdə görünmür? – Səbəbi AÇIQLANDI
Rahat şəhər mühitinin sirri nədir? – Brüssel nümunəsi - FOTO
Bu sadə vərdiş sizi ağır qəzadan xilas edə bilər – Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Avtomobillər və sürücülər üçün yenilik; Rəqəmsal pasportun yaradılması təklif edilir - AÇIQLAMA



































