Artıq moped və motosikletlər qəza törədib qaça bilməyəcək – DEPUTATDAN AÇIQLAMA - FOTO

Son illərdə bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da qida sektrunda onlayn sifariş və çatdırılma üsulu inkişaf edib. Lakin bu inkişaf özü ilə yeni problemlər də gətirib. Belə ki, çatdırılma prosesində mühərrik həcmi kiçik olan moped və digər nəqliyyat vasitələrindən istifadə edilir. Bu nəqliyyat vasitələrinin əksəriyyəti isə qeydiyyata alınmayıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı artıq uzun müddətdir yeni qanun layihəsi hazırlanır və layihə artıq müzakirə və təsdiq edilməsi üçün parlamentə göndərilib.
Mövzu ilə əlaqədar saytımıza açıqlamasında deputat Arzuxan Əlizadə deyib ki, parlamentin həmin komitəsində olmadığı üçün belə bir layihənin müzakirəyə çıxarılıb-çıxarılmamasından xəbərsizdir:

“Parlamentə təqdim olunan qanun layihələrinə ilkin olaraq müvafiq komitə iclaslarında baxılır və yalnız parlamentə tövsiyə olunduqdan sonra Milli Məclisin müzakirəsinə çıxarılır.
Məlumdur ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, hüquqi və fiziki şəxslərə məxsus olan, mühərkin iş həcmi 50 kub-santimetr və daha çox olan, eyni zamanda maksimal sürəti konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Lakin mopedlər və bu qəbildən olan nəqliyyat vasitələri qeydiyyatdan keçmir və dövlət nömrə nişanı ilə təmin edilmir. Mənim şəxsi düşüncəm ondan ibarətdir ki, nəqliyyat vasitələri mühərrikin iş həcmindən asılı olmayaraq və maksimum sürəti 50 kilometrdən az olmasına baxmayaraq, nəqliyyatın və hərəktin işitrakçısıdırsa, mütləq şəkildə qeydiyyata alınmalıdır. Çünki məlumdur ki, son dövrlərdə qida çatdırılması sektorunda çalışanlar bu prosesdə iştirakçıdırlar. Bir çox hallarda qəzaların baş verməsinin səbəbkarı olurlar. Bu baxımdan, həmin nəqliyyat vasitələrinin qeydiyyata alınması vacibdir. Bu addım həmin nəqliyyat vasitələrindən istifadə edən həm hüquqi, həm də fiziki şəxslərin məsuliyyətini artırmış olacaq. Eyni zamanda hansısa hadisə baş verəndə həmin nəqliyyat vasitəsilə bağlı araşdırma aparan hüquq-mühafizə orqanlarının işini asanlaşdırmış olar”.
Səfər
Narkoman sürücü ikinci dəfə hallı tutuldu; Ekologiya postunda - FOTO
Qarlı yolda “Tofaş”la şou göstərən sürücü saxlanıldı; 2500 manat cərimələndi - VİDEO
Avtoxuliqanlıq edən sürücünün vəsiqəsi əlindən alındı, özü isə 15 sutka həbs olundu - VİDEO
Azyaşlı sürücüdən “riskli şou”: Daşla dolu “KamAZ”ın təkərlərini havaya qaldırdı - VİDEO
Prospektdə avtomobili dəfələrlə sıxışdırıb təhlükə yaratdı - 77-NE-809 - VİDEO
Şəhərin mərkəzində avtobusu öz “qayda”ları ilə sürüb yolu kəsdi - 77-JA-958 - VİDEO
Boş yerlərə sığmayan sürücü maşını yolun ortasında saxladı - VİDEO
Yol polisi telefondan istifadə edən sürücülərə qarşı reydlərə başladı - VİDEO
Prospektdə şirkətə məxsus reklam lövhəsi səkini zəbt edir – VƏTƏNDAŞ ŞİAKYƏTİ - FOTO
Qarlı yolda maşını bir neçə dəfə fırladıb “ölüm şou”su göstərdi - CƏZALANDIRILDI - VİDEO
Avtobusu yolayrıcında saxlayıb sərnişin düşürən sürücü hərəkəti əngəllədi - VİDEO











