Avtotəmir məntəqələri səkiləri zəbt edir: Piyadalar yolla hərəkət etməli olur – FOTO

Sürücülərin piyadalara qarşı saymazyana münasibəti Bakının müxtəlif ərazilərində davam edir
Avtosfer.az xəbər verir ki, analoji hal paytaxtın Nizami rayonunda da müşahidə olunur.
Rayonun Elşən Süleymanov küçəsində yerləşən avtomobil təmiri və təkər-balans məntəqəsinin qarşısında, səkidə dayanan avtomobillər piyadaların rahat hərəkətinə mane olur. Səkidə nəqliyyat vasitəsini park edən sürücülərin qaydaları kobud şəkildə pozması nəticəsində piyadalar məcburiyyətdən avtomobillərin hərəkət etdiyi yola düşməyə məcbur olurlar. Bu, həm piyadaların təhlükəsizliyini, həm də yol hərəkətinin təhlükəsizliyini ciddi şəkildə təhdid edir.
Belə ki, 99-OK-011 qeydiyyat nişanlı “BMW” və 77-SE-159 nömrəli “Hyundai” markalı avtomobillər fotodan da göründüyü kimi səkini zəbt etdiyinə görə piyadalar hərəkət etməkdə çətinlik çəkir. Sakinlər belə təmir məntəqələrinin səki zəbtinin qarşısını almasının aidiyyəti qurumlardan xahiş edir. Qeyd edək ki, qaydaları bu cür pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə 60 manat və əlavə olaraq 2 balla cərimələnir.

Eltac Zülfüqaroğlu
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












