Azadlıq prospektində taksi sürücüləri 5 ildir yolayrıcını zəbt edir - FOTO

Bakının bir sıra küçə və prospektlərində hər gün sürücülər tərəfindən bir çox qaydalar pozulur. Bununla əlaqədar istər yol polisinin, istərsə də digər aidiyyəti qurumların çağırışları heçə sayılır. Nəticədə həm piyadaların, həm də qaydalarla avtomobil idarə edən başqa sürücülərin hüquqları tapdanır, hərəkətlərinə çətinlik yaradılır.
Avtosfer.az xəbər verir ki, belə faktların tez-tez rast gəlindiyi ərazilərdən biri də Nəsimi rayonudur. Rayonun Azadlıq prospektində sürücülər avtomobillərini hara gəldi park edir, hətta yolun ortasında maşını saxlayıb “2 dəqiqəyə marketə dəyib gəlir”. Sonra da sosial şəbəkələrdə video yayırlar ki, filan yerdə saxlamışdım cərimə gəldi. Hər sürücü də səbəb olaraq sərnişin gözlədiyini, aptekə, yaxud marketə girdiyini göstərir.

Prospektin Mirəsədulla Mirqasımov küçəsilə kəsişməsində taksi sürücüləri avtomobillərini yolayrıcında, eləcə də piyada keçidinin üstündə saxlayır. Artıq 5 ildən çoxdur təkrarlanan bu qayda pozuntusu piyadalar üçün çətinlik yaradır. Mirəsədulla Mirqasımov küçəsindən prospektə dönən sürücülər piyadaları görmür və nəticədə ağır yol-nəqliyyat hadisələri baş verir.
Ərazidə yaşayan sakinlər və tez-tez bu piyada keçidindən istifadə edənlər aidiyyəti qurumların vəziyyəti nəzarətə götürməsini tələb edir.
Səfər
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO














