Bakıda "ölümlə zarafat edən" qadın lyukdan bayıra çıxıb əyləndi - VİDEO

Bakıda avtomobildə təhlükəli şəkildə əylənən qadın sərnişin kameraya düşüb.
Avtosfer.az-a daxil olan məlumata görə, hadisə iyulun 22-də, paytaxtın "Sea Breeze" yolunda baş verib. Həmin anları əks etdirən görüntüləri isə hadisənin şahidi olan oxucularımızdan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib.
Kadrlardan açıq şəkildə görünür ki, 77-YN-802 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin qadın sərnişini təhlükəsizlik qaydalarını ciddi şəkildə pozaraq başını avtomobilin lyukundan bayıra çıxarıb və yolda hərəkətdə olduğu halda əylənməyə başlayıb.
Hər dəfə qeyd olunur ki, bu cür hərəkətlərə yol vermək olduqca təhlükəlidir. Bəzən yolda elə bir situasiya yaranır ki, sürücü sərt tormoz və manevr etməli olur. Bu halda sərnişinin xəsarət alması qaçılmaz ola bilər. Hətta qəza zamanı sərnişinin lyukdan bayıra çıxması təhlükəsi də yarana bilər.
Sürücülər və sərnişinlər bir daha unutmamalıdırlar ki, yol hərəkəti qaydaları həm onların, həm də ətrafdakıların təhlükəsizliyi üçün nəzərdə tutulub.
Fərid
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












