Bakıda zibil qabları maşınlarla birgə hərəkət etdi - VİDEO

Bakıda küləkli hava şəraitinin yaratdığı mənzərə avtomobildəki kameraya əks olunub. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 8-də, paytaxtın Xətai rayonu, Günəşli qəsəbəsində qeydə alınıb.
Belə ki, yolun hərəkət hissəsinə yerləşdirilmiş zibil yeşikləri küləyin əsməsi nəticəsində tərpənərək hərəkətə başlayıb. Yolun eniş olması səbəbindən yeşiklər dayanmadan hərəkət edərək sürücülərə çətin anlar yaşadıb.
Mütəxəssislər hər zaman qeyd edir ki, zibil yeşiklərinin yolun hərəkət hissəsinə yerləşdirilməsi doğru deyil. Onlar üçün yoldan kənarda xüsusi yerlər ayrılmalıdır ki, həm sürücülərə təhlükə yaratmasın, həm də sakinlər zibil atan zaman yolun hərəkət hissəsinə çıxmasınlar. Evdə yığılan tullantıları bəzən azyaşlılar da atır. Onların yolun hərəkət hissəsinə çıxması olduqca təhlükəli hesab olunur. Ona görə də zibil yeşiklərinin yolun hərəkət hissəsində yerləşdirilməsi uğursuz addımdır.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












