Bakıdakı sıxlığın səbəbləri: Sürücülər ən çox hansı qaydaları pozur? – TOĞRUL NƏSİRLİ AÇIQLADI - VİDEO

Son illər Azərbaycanda sürücülərin kobud qanun pozuntuları nəticəsində ağır yol-nəqliyyat hadisələrinin sayı azalsa da, bu hadisələrdə ölənlərin sayı artıb.
Avtosfer.az xəbər verir ki, baş verən qəzaların səbəbləri arasında manevr, yolayrıcını keçmə və dayanma-durma qaydalarının pozulması faktları ön sıralardadır. Bəzi hallarda kiçik qəzalar belə böyük tıxaclara, ən yaxşı halda qısamüddətli də olsa sıxlığa səbəb olur.
Mövzu ilə bağlı saytımıza açıqlama verən Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib ki, baş verə biləcək sıxlıqların qarşısının alınması məqsədilə yol polisi əməkdaşları tərəfindən mütəmadi oalraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir:

“Sıxlıqların yarana biləcəyi ərazilərdə, yolayrıclarında əməkdaşlarımız tərəfindən xidmət təşəkil olunur.Bu sıxlıqların yaranmasının obyektiv və subyektiv səbəbləri vardır. Nəzərə alsaq ki, bayram ərəfəsində hər il olduğu kimi bu il də paytaxtın mərkəzinə doğru nəqliyyat axını müşahidə olunur. Bakının şimal və cənub girişlərindən gün ərzində 100 mindən çox nəqliyyat vasitəsi paytaxta daxil olur. Eləcə də, nəzərə alsaq ki, dəfələrlə edilən xəbərdarlıqlar, sosial şəbəkə və media subyektləri vasitəsilə sürücülər üçün edilən müraciətlərdə qaydalara ciddi şəkildə riayət edilməsi tələb edilir. Təəssüflər olsun ki, edilən müraciət və xəbərdarlıqlara baxmayaraq, paytaxt ərazisində qaydaları kobud şəkildə pozan sürücülər sıxlıqlara səbəb olurlar”.

Bölmə rəisi qeyd edib ki, sıxlıqların yaranmasına ən çox dayanma-durma qaydalarının pozulması səbəb olur:
“Sürücülər nəqliyyat vasitəsini yolun hərəkət hissəsində, 2-ci və digər zolaqlarda saxlayarırlar ki, bu halda yolun buraxıcılıq qabiliyyəti aşağı düşür. Hətta bəzi hallarda belə qayda pozuntuları yol-nəqliyyat hadisəsinin baş verməsinə də səbəb olur.
Başqa bir qayda pozuntusu isə manevr qaydaları ilə bağlı yol verilən xətalardır. Sürücü ən sol zolaqda hərəkət edir, yolayrıcına çatdıqdan sonra artıq sağa hərəkət etmək qərarına gəlir. Belə olan halda, digər zolaqlarda hərəkət edən nəqliyyat vasitələrinin qarşısına çıxır, bu zaman digər zolaqlardakı avtomobillərin 3-5 saniyə ləng hərəkət etməsi artıq sıxlığın yaranmasına gətirib çıxarır”.
Toğrul Nəsirli yolayrıcını keçmə qaydalarının pozulmasının da sürücülərin tez-tez təkrarladığı qayda pozuntusu olduğunu vurğulayıb:

“Sürücü yolayrıcında sıxlığın olduğunu görərsə, qanunvericiliyin tələblərinə əsasən, bu halda, o, yolayrıcına girməməlidir. Nəqliyyat vasitəsinin idarəçisi sıxlığa baxmayaraq, yolayrıcını keçərsə, bir müddət sonra sağdan və soldan yolayrıcına daxil olan avtomobillər həmin hissədə tıxacın yaranmasına səbəb olacaq. Məhz yolayrıcında yaranan tıxac həmin ərazinin yaxınlığındakı digər kəsişmə və birləşmələrə də mənfi təsirini göstərəcək”.
Səfər
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB











