Bu işarəni gördükdə nə etmək lazımdır? - Sürücülərin DİQQƏTİNƏ! – VİDEO - FOTO

Paytaxtda sürücülərin təəccübünə səbəb olan hadisə yaşanıb.
Avtosfer.az-ın sosial şəbəkə hesabına göndərilən fotoda Heydər Əliyev prospektinin Nizami rayonu ərazisindən keçən hissəsindəki sürət lövhəsində müəmmalı hal yaşanıb.
Belə ki, yerüstü sürət lövhəsinin sol portalında “X” işarəsi əks olunub. Sürücülər bu işarənin yaranmasını sürət-məlumat portalının işləməməsi ilə əlaqələndirib.
Mövzu ilə əlaqədar, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, burada problemli bir hal yoxdur:

“Yollarda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı yaranan və yarana biləcək problemlərə dərhal müdaxilə edilir, sürücülərə vəziyyətlə bağlı əvvəlcədən məlumatlar verilir. Bütün bu işlər isə Nəqliyyatı İntellektual İdarəetmə Sistemi sayəsində mümkün olur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən 24 saat rejimində paytaxtda avtomobillərin daha çox istifadə etdiyi Heydər Əliyev prospekti, Aeroport, Zığ və Mərdəkan şoselərində, Buzovna-Zağulba yolunda olan sürət-məlumat portallarına günün istənilən saatında müxtəlif məlumatlar ötürülür. Bəs yollardakı vəziyyətlə bağlı bu məlumatların əldə edilməsi və ötürülməsi işləri necə həyata keçirilir?
Mərkəzin istifadəsində olan bir neçə portal, tablo və video-müşahidə kamerası mövcuddur. Yol-nəqliyyat hadisəsi baş verdikdə, texniki nasaz avtomobillər yolda qaldıqda, sıxlıq və tıxac yarandıqda, sürət həddi endirildikdə və təmir işləri aparıldıqda, əvvəlcə video-müşahidə kameraları vasitəsilə vizual məlumatlar əldə edilir. Yol polisi ilə məlumat mübadiləsi aparıldıqdan sonra əməkdaşlar tərəfindən müvafik olaraq portallarda “qəza”, “tıxac”, “təmir işləri” və “digər təhlükə” işarələri qeyd olunur. Daha sonra isə sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yollarda zolaqlar üzrə sürət həddinin endirilməsi və məhdudlaşdırılması ilə bağlı portallarda məlumatlar əks olunur.

Ən maraqlı məqam isə, yağışlı, küləkli və qarlı havalarda bəzi yollarda sürət həddinin endirilməsi ilə bağlıdır. Belə ki, yolda olan 3 meteoroloji stansiyalardan alınan məlumatlar (küləyin sürəti, havanın və asfalt örtüyünün temperaturu) əsasında bəzi şose və prospektlərdə sürət həddi 20-40 km/saat endirilməklə yanaşı, portallarda “sürüşkən yol” və sürət həddinin endirilməsi ilə bağlı məlumat verilir. Beləliklə sürücülər yollardakı vəziyyət haqqında öncədən məlumatlı olurlar və buna uyğun hərəkət edirlər”.
Qurumdan o da qeyd edilib ki, sürət-məlumat tablolarının yenilənməsi istiqamətində işlərin görülməsi də nəzərdə tutulub.
Səfər
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












