Bu küçədə sürücülər hər gün maşını piyada keçidinin üstündə saxlayır - VİDEO

Yasamalda sürücülərin bəziləri dayanma-durma qaydalarına məhəl qoymur və avtomobili harda gəldi saxlayırlar.
Avtosfer.az xəbər verir ki, ərazidə nəqliyyat vasitələri üçün rəsmi parkinq yerləri olmasa da, sürücülər avtomobillərini yol kənarlarında və piyadalar üçün nəzərdə tutulmuş sahələrdə saxlamaqda davam edirlər. Belə ki, Bəsti Bağırova küçəsində 77-HM-316 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini piyada keçidinin üzərində saxlayaraq ərazini tərk edib. Qeyd edək ki, ərazidə həm kollec, həm də universitet yerləşir. Sürücünün bu davranışı tələbələrin və digər vətəndaşların keçiddən istifadə etməsinə maneə yaradıb.
Məlumata görə, bu kimi qayda pozuntuları barədə dəfələrlə xəbərdarlıq edilsə də, bəzi sürücülər hələ də məsuliyyətsiz davranışlarını davam etdirirlər. Bildirmək istəyirik ki, dayanma-durma qaydalarına riayət olunmaması həm piyadaların təhlükəsizliyini, həm də ümumi yol hərəkəti nizamını pozur.
Fidan
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












