Bu yoldan sola dönmək qadağan edildi: Sürücülərin diqqətinə! - VİDEO

Bakıda hərəkətin təşkilinə edilmiş dəyişiklikdən əksər sürücülər hələ də xəbərsizdir. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Bakıxanov küçəsilə Səməd Vurğun küçəsinin kəsişməsindən gedir. Belə ki, sürücülər əvvəllər bu kəsişmədən sola dönərək Səməd Vurğun küçəsi istiqamətində hərəkət edirdilər.
Lakin edilmiş sonuncu dəyişiklikdən sonra kəsişmə yerinə hərəkətin düzünə məcburiliyini bildirən nişan quraşdırılıb. Bu nişana əhəmiyyət verməyən sürücülərin hərəkəti kameraya düşüb.
Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, 77-SE-310 qeydiyyat nişanlı "Deepal" markalı və 10-AM-007 qeydiyyat nişanlı "Land Rover" markalı avtomobilin sürücüləri düzünə hərəkəti bildirən nişana əhəmiyyət vermədən sola dönüblər.
Sürücülər məcburi hərəkət istiqaməti nişanının kəsişmə yerlərində bitdiyini əsas götürərək sola dönürlər. Lakin qanunvericilikdə qeyd olunan müddəadan xəbərsizdilər.
"Yol hərəkəti haqqında" qanunun 65-ci maddəsində qeyd olunub ki, məcburi hərəkət istiqaməti nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. Bu o deməkdir ki, kəsişmə yerində əlavə məcburedici nişan varsa sürücü onun tələblərinə uyğun hərəkət etməlidir. Təqdim etdiyimiz videogörüntüdən də aydın şəkildə görünür ki, Bakıxanov küçəsindəki kəsişmə yerində düzünə hərəkəti bildirən əlavə nişan quraşdırılıb. Bu səbəbdən həmin yolayrıcından sola dönmək qadağandır.
Bu qayda pozuntusuna yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












