“Gənclik Mall”un qarşısında dayanacağı parkinqə çeviriblər, zolaq da zəbt olunub - VİDEO

Artıq uzun müddətdir ki, bəzi sürücülər tərəfindən yol hərəkəti qaydaları kobud şəkildə pozulur. Ötən ildən Bakıda xüsusilə təşkilinə önəm verilən avtobus zolaqları bir sıra sürücülərin cərimələnməsinə gətirib çıxarır. Bir vaxtlar sürücülər zolağa görə cərimə olunmalarına görə narazılıqlarını bildirsələr də, bu gün artıq həmin sürücülər zolaqda avtomobil saxlayır, dəqiqələrlə, saatlarla maşını qoyub ərazidən uzaqlaşır.
Avtosfer.az xəbər verir ki, bu hal artıq paytaxtın mərkəzi və ən geniş küçələrində də müşahidə olunur. Belə ki, Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində daha əvvəl “COP24” zolağı kimi fəaliyyət göstərən zolaq sonradan avtobus zolağı kimi saxlanıldı. Üstəlik, tədbirdən əvvəl “Gənclik Mall”un qarşısında yeni smart-dayanacaq yerləşdirildi. Bu gün isə həmin zolaqda, həmin dayanacağın qarşısında kimlərsə fərdi avtomobillərini saxlayır. Kimi taksi fəaliyyəti ilə məşğuldur və müştərisini gözləyir, kimi də sadəcə maşını dayanacağın önündə saxlayıb telefonla danışır, istirahət edir, adam gözləyir və s. Bütün bunları isə maşınlarını zolaqda və dayanacağın önündə saxlaması bir yana, hələ bir bunu yola perpendikulyar saxlamaqla edirlər. Sonra bir maşın gəlib arxadan çırpılanda “mən özüm üçün dayanmışdım, gəldi arxadan vurdu” deyib, məsuliyyətdən yaxa qurtarmağa çalışacaqlar.
Avtosfer.az-ın sosial şəbəkə hesabına video göndərən vətəndaş qeyd edib ki, dayanacağın qarşısında dayanan 77-AM-095, 90-KB-961, 77-LU-598 qeydiyyat nişanlı müvafiq olaraq “Changan”, “Mercedes” və “Toyota” nəqliyyat vasitələri park edilib. O qeyd edib ki, başqa maşınlar da burada maşın saxlasa da, onları çəkmək imkanı olmayıb, bəzi sürücülər isə müştərisini götürüb və ərazidən uzaqlaşıb. Vətəndaşın sözlərinə görə, məhz “Gənclik Mall”un qarşısındakı dayanacaqda belə vəziyyət hər gün yaşanır. Avtobus zolağının zəbt olunması halı da tez-tez müşahidə olunan problemdir.
Maşınlarla yanaşı səkidəki skuterlərin saxlanması da diqqət çəkib. İstifadəçilər skuterləri parklanma nöqtəsində saxlasalar da, bunu nizamsız şəkildə ediblər. Ticarət mərkəzinin qarşısındakı səkinin yolla kəsişən hissəsindən dayanacağa qədər hər yerdə skuterlərin olduğu da görünür.
Qeyd edək ki, avtomobil idarəçilərinin nəqliyyat vasitələrini dayanacağın qarşısında və 15 metrdən daha yaxın məsafədə parklamaları inzibati məsuliyyətə səbəb olur.
Səfər
Sürücülərin tez-tez zolaq dəyişməsi qəza riskini artırır - MÜTƏXƏSSİS
"BakuBus" sürücüsünün təhlükəli hərəkəti: Avtomobilin yolunu kəsdi - VİDEO
Bakıda gözlənilməz qəza: Qırmızıda keçən velosipedçi maşına çırpıldı - VİDEO
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
Şəhərin mərkəzində “hoqqa” verən velosipedçi görün özünə necə haqq qazandırdı - VİDEO
“VAZ” sürücüsündən təhlükəli manevr: Qarşıdan gələn maşının üzərinə sürdü - VİDEO










