Maşını qeydiyyatdan keçirərkən məbləği az yazdıranlar udur, yoxsa uduzur? – HÜQUQŞÜNASDAN AÇIQLAMA

Rəsmi dilerlərdən avtomobil alındığımız zaman bütün ödənişlər bank vasitəsilə həyata keçirilir və bununla bağlı diler tərəfindən çek təqdim edilir. Bu çekdə isə hər hansı bir dəyişiklik, məsələn, məbləğin kiçildilməsi, yaxud böyüdülməsi ümumiyyətlə mümkün deyil.
Lakin fiziki şəxslər, məsələn, avtomobil alqı-satqısı həyata keçirən şəxslər və ya avtomobil avtosalonları, bu ödənişləri fərqli şəkildə həyata keçirə bilərlər. Bu halda ödənişi yerində etmək mümkündür və bu zaman yazılacaq qaimədə məbləğin dəyişdirilməsi də mümkündür.
Bəzən sürücülər avtomobili qeydiyyatdan keçirərkən, polisə kələk gəlirmiş kimi avtomobilin real məbləğini aşağı göstərməyə çalışır. Bunun üçün də əlaltından alınan, kiçik aavtosalondan əldə edilən maşınların alqı-satqı qaiməsində müəyyən rəqəmlərlə oynamağa çalışırlar. Həmin salonun sahibi də bu oyunda sevə-sevə iştirak edir. Məsələn, salondan alınan 20000 manatlıq maşını qaimədə 15000 olaraq göstərərək avtomobili dövlət qeydiyyatından ucuz yolla keçirməyə çalışan sürücü avtosalon tərəfindən aldadıla bilər.
Əgər avtomobilin ciddi nasazlıqları ortaya çıxarsa, məsələn, motorunda və ya şassidə, geri qaytarma məsələsi yaranır. Belə olan halda avtosalona avtomobili qaytarmaq istəyən sürücüyə 20000 əvəzinə 15000 ödənmiş olur. Bu da istehlakçı hüquqlarının pozulması deməkdir. Bəs vətəndaş belə olan halda hüquqlarını necə müdafiə etməlidir?
Vətəndaşların hüquqları və bu məsələnin necə tənzimlənməsi ilə bağlı hüquqi mübahisələr yaranır. Bəs bu məsələlər qanuni şəkildə necə müəyyənləşməlidir? Vətəndaş uduzur, yoxsa udur?
Mövzu haqqında hüquqşünas Ramil Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu ciddi bir məsələdir və ciddi şəkildə bir problemdir:

“Bu açıq aşkar məhkəmə predmetidir, vətəndaşlar bununla bağlı məhkəmələrdə çəkişirlər. İstənilən halda, hər hansı bir şəkildə vətəndaş birinci onu bilməlidir ki, təkrar alqı-satqı zamanı ümumiyyətlə avtomobil alqı-satqısı zamanı 14 günlük müddət tətbiq olunmur. Burada həmin vətəndaşa verilən müqavilədə zəmanət müddəti qeyd olunur. Şərtdə o zəmanət müddəti qeyd olunmasa belə, sübut edə bilərik ki, onun faktiki olaraq aldadılması baş vermişdi və eyni zamanda tamamilə yararsız bir avtomobil təqdim olunmuşdur.
Əlbəttə ki, burada belə deyək, vətəndaş ona uyğun davranacaqdır. Yox, əgər bu məsələ öz əksini tapmazsa, zəmanət məsələsi və ya zəmanət müddəti burada öz əksini tapmamış olarsa, belə olan təqdirdə, vətəndaş məcburdur ki, məsələni məhkəmə qaydasında həll etsin. Burada əlavə ekspertizalar keçiriləcək. Əgər həqiqətən də vətəndaşın avtomobili aldığı şəxsə vaxtında etdiyi xəbərdarlıq mesajları və telefon zəngləri önəm kəsb edəcəkdir”.
Hüquqşünas əlavə edib ki problemin məbləğ hissəsi ilə bağlı isə hüququn bir sıra prinsiplərinin tətbiqi mütləqdir:
“Ondan sonra, əgər bununla bağlı sövdələşmə zamanı hər hansı video çəkiliş olsun və ya məsələn, “WhatsApp” danışığı olsun ki, məsələn, deyək ki, "qardaş, 15 mindən satırsan, bunu mən sizdən 12,000-ə ala bilərəmmi?", "Yox, sən illə bu 14 min-dən aşağı verməyəcəm", deyirsə, bu artıq Mülki Məcəllənin təsiri dairəsinə düşür və aksept, eləcə də oferta prinsipləri burada tətbiq olunur.

Ona görə də, bu çox çətin bir proses olur. Bunu sübut etmək hüquqşünaslara və vəkillərə çox çətin olur. Hələ ki, adi vətəndaşlara bunu eləmək daha da çətin olur. Ona görə, tövsiyəm ondan ibarətdir ki, mütləq qaydada avtomobil alarkən, real qiymət nədirsə, onu yazsınlar. Sonra demək olar ki, həmin məbləğin bəzən o qədər yarısı qədər də hüquqşünaslar və vəkillər xidmət haqqı tələb edə bilər”.
Eltac Zülfüqaroğlu
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












