Maşınların səkiləri zəbt etməsinin qarşısı necə alınmalıdır? – UKRAYNA NÜMUNƏSİ - FOTO

Ölkəmizdə qeydiyyatdan ekçən, ölkəmizə yeni gətirilən avtomobillərin sayında artım müşahidə edilir. Statistikaya əsasən, Azərbaycanda 1 milyon 950 mindən çox avtomobil qeydiyyatdan keçib. Bununla yanaşı hər il təxminən 100 min avtomobil gömrükdən ölkəmizə keçirilir. Bütün bu artım iri şəhərlərdə, xüsusən də Bakıda sıxlığın artmasına səbəb olur. Yaranan sıxlıq isə özü ilə paralel başqa problemlərə gətirib çıxarır.
Avtosfer.az xəbər verir ki, ölkədə, xüsusən paytaxt Bakıda avtomobillərin sayındakı artımın yaratdığı problemlər özünü parklanma zamanı göstərir.
Belə ki, şəhərin bir sıra küçə və prospektlərində hələ də bəzi sürücülər avtomobilləri saxlamağa yer tapmadıqları üçün səkiyə dırmaşdırırlar. Ya bütövlükdə səkini zəbt edirlər, ya da 1-2 təkərini səkiyə qaldıraraq maşınlarını təhlükədən qoruyurlar. Lakin bu zaman da piyadaların səkidə rahat hərəkətinə mane olurlar.
Analoji hal təkcə Azərbaycanda yox, elə Avropada da mövcuddur. Bu baxımdan bu gün bir sıra Avropa ölkələri bu problemin həlli istiqamətində müxtəlif işlər görür.
Məsələn Ukrayna bu gün Rusiya ilə müharibə şəraitində olsa da, dövlət şəhərlərdə piyadalar üçün hərəkətin əlçatanlığını təmin etmək məqsədilə yeniliklər edir. Şəkillərdəki küçələr Dnepr şəhərində yerləşir. Əvvəllər sürücülər maşınları səkidə park edirdi. Şəhərdə aparılan yeniliklərdən sonra artıq Dnepr daha gözəl görünür. Lazımsız pillələri yığışdırıb baryersiz mühit yaradırlar. Piyada keçidlərini daha əlçatan edirlər, səkiləri hərəkət hissəsinin hesabına genişləndirirlər, örtüyü asfalt əvəzinə daha dözümlü daşla əvəz edirlər, küçəyə yaşıllıq əlavə edərək həm də daha gözəl görünüş əldə edirlər.
Mütəxəssislər bildirir ki, bu üsullar şəhərsalma mədəniyyətində çox effektivdir və bir sıra inkişaf etmiş ölkələrin sınadığı təcrübələrdir. Parisdə də 2 il əvvəl şəhərin mərkəzi küçələrində eyni üsulla avtomobillərin hərəkət etdiyi ərazilər məhdudlaşdırılmışdı və piyadayönümlü meydan halına gətirilmişdi.
Səfər
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO

















