Nazir sükan arxasında telefondan istifadə etdi: Cərimələndi - FOTO

Böyük Britaniyanın dəmir yolu nəqliyyatı naziri lord Piter Hendi sükan arxasında mobil telefondan istifadə etdiyi üçün polisə təslim olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.
Hadisə Londonda baş verib.
Bildirilir ki, Londonda ikimərtəbəli “Routemaster” avtobusunu idarə edərkən Hendinin mesaj yazdığını görən sərnişin polisə şikayət edib. Nazir baş verənlərə görə üzr istəyib və bunu "yanlış qərar" adlandırıb.
“Keçən ay Piter Hendi sükan arxasında telefondan istifadə edib. O, bu hərəkətinə görə üzr istəyib və özü könüllü şəkildə polisə müraciət edib”, - nazirin sözçüsü bildirib.
Məlumata görə, polis ilkin araşdırma zamanı sübut çatışmazlığı səbəbilə işi bağlayıb. Lakin lord Hendinin günahını etiraf etməsindən sonra iş yenidən açılıb. Gözlənilir ki, nazirə cərimə və sürücülük vəsiqəsinə 6 balı tətbiq olunacaq. Qeyd edək ki, Britaniyada 12 balı olan sürücülər vəsiqədən məhrum edilir./Musavat.com

Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












