Nərimanovda bir-birilərinə “tırka” verən motosikletçilər səkini yola çevirdilər - VİDEO

Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində qayda pozan sürücülər özlərini videoya çəkərək sosial şəbəkədə paylaşıblar.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, 99-E-625 dövlət nömrə nişanlı “Tufan” markalı, 99-X-819 nömrəli “CFMoto” markalı və dövlət nömrə nişanı olmayan motosiklet sürücüləri piyadalar üçün ayrılmış səki ilə hərəkət ediblər.
Belə ki, öncə tıxacda dayanmaq istəməyən motosikletçilərdən biri səkiyə çıxaraq hərəkət edir. Bunu görən digər sürücü həmkarına “Qardaşım yolunu tapdı” deyə səslənir. O isə cavabında “Bacarırsan, sən də et” deyir. Əvvəlcə tərəddüd edən sürücü daha sonra səkidə hərəkət edir. Ardınca görüntünü qeydə alan üçüncü motosikletçi də eyni qayda pozuntusuna yol verir.
Qanunvericiliyə əsasən, səkilər yalnız piyadaların hərəkəti üçün nəzərdə tutulub. Motosiklet və ya moped kimi mexaniki nəqliyyat vasitələrinin səkidə idarə olunması inzibati qaydada cərimə ilə nəticələnir və piyadaların həyatını risk altına salır.
Unutmayaq ki, yol nəqliyyat vasitələri, səki isə insanlar üçündür. Qısa yol seçmək və ya vaxta qənaət məqsədilə qaydaları pozmaq bir anlıq rahatlıq versə də, ağır nəticələrə gətirib çıxara bilər.
Nərmin
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












