Ötmə qaydasına əməl etməyən sürücü sonda qəza şəraiti yaratdı - VİDEO

Bakıda ötmə qaydasını kobud şəkildə pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az-ın məlumatına görə, hadisə martın 8-də paytaxtın Heydər Əliyev prospektində baş verib.
Belə ki, 77-MD-459 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü əvvəlcə qarşısında gedən avtomobili sağdan ötüb. Daha sonra isə qəflətən sağ zolaqdan sola keçərək ötmə etməyə çalışıb. Bu zaman sol zolaqda hərəkət edən avtomobili sıxışdıraraq qəza vəziyyəti yaradıb. Hər iki sürücü hadisədən qorxaraq çətin vəziyyətə düşüb. Baş verənlərdən sonra qəza vəziyyəti ilə üzləşən sürücü öz etirazını bildirib.
"Yol hərəkəti haqqında" qanuna əsasən, sürücü ötməyə başlamazdan əvvəl əmin olmalıdır ki, hərəkət zolağı ötmə üçün kifayət qədər boşdur və bu manevr ilə o, qarşıdan gələn və ya həmin zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə yaratmayacaq.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












