Ötmə qaydasından xəbərsiz sürücü maşınların üzərinə sürdü - VİDEO

Əks yolda ötmə əməliyyatı həyata keçirən sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 16-da, Sabirabad rayonu ərazisində qeydə alınıb.
Belə ki, 77-LM-457 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü əks istiqamətə çıxaraq ötmə edib. Bu zaman qarşıdan gələn avtomobilin üzərinə sürərək ona qəza vəziyyəti yaradıb. Sürücü üz-üzə toqquşmadan yayınmaq üçün maksimum sağa manevr edərək yol çiyninə çıxıb.
Bəzən sürücülər elə düşünürlər ki, yolda qırıq-qırıq xətt varsa istədikləri vaxt ötmə edə bilərlər. Lakin qanunvericiliyə görə, sürücü ötməyə başlamazdan əvvəl əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












