Piyadanı vurub qaçan sürücüyə bəraət verildi - Ali Məhkəmə işi geri qaytardı

Ali Məhkəmədən yol-nəqliyyat hadisələri ilə bağlı qərar qəbul edib. Bu barədə Avtosfer.az-a Ali Məhkəmədən bildirilib. Məlumata görə, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan şəxsin işinə baxılıb. İbtidai istintaq orqanı tərəfindən şəxsə Cinayət Məcəlləsinin (CM) 263.2 (Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham verilib. İttihama görə, o, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomobil ilə Sumqayıt şəhəri ərazisində yolu sağdan sola keçən piyadanı ehtiyatsızlıqdan vurub, nəticədə zərərçəkmiş aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib. Sürücü isə yol nəqliyyat hadisəsi yerindən qaçıb.
Məhkəmə prosesində verilən ittihamlar üzrə şəxs özünü təqsirli bilməyib. Birinci instansiya məhkəməsi işi araşdıraraq, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib və ona hər iki maddə üzrə bəraət verib. Apellyasiya instansiya məhkəməsi də hökmü qüvvədə saxlayıb. Bundan sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Müraciətdə bəraət qərarının ləğvi istənilib.
Ali Məhkəmənin Cinayət kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlib ki, kassasiya protesti qismən təmin edilməlidir.
Məhkəmə kollegiyası hesab edib ki, şəxsə CM-in 263.2-ci maddəsi ilə bəraət verməkdə birinci instansiyası məhkəməsi haqlı olub. Lakin şəxsin əməlində həm CM-in 264-cü maddəsinin, həm də CM-in 143-cü (Təhlükədə qoyma) maddəsinin tərkib əlamətləri olduqda, şəxs xüsusi norma olan CM-in 264-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, əgər şəxsə CM-in 263-cü maddəsi ilə bəraət verildikdə və məhz bu səbəbdən həmin şəxsin əməlində CM-in 264-cü maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlindikdə, bu zaman şəxsin əməlində hazırkı vəziyyət üzrə ümumi norma olan CM-in 143-cü maddəsinin tərkib əlamətlərinin olub-olmaması məsələsi müzakirə edilməlidir.
Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarı ilə kassasiya protesti qismən təmin edilib, qərar, şəxsə Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilib, cinayət işi həmin hissədə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












