Səki yoxdur, avtomobillər hətta yolun ortasında yuyulur - FOTO

Paytaxtdakı bir çox küçə və prospektlərində sahibkarların özbaşınalıqlaqrı hələ də davam edir. Ölkə başçısının bu ilin yanvar ayında Bakının nəqliyyat infrastrukturunda dəyişikliklərin edilməsi ilə bağlı verdiyi sərəncamın cirasına hələ də başlanmayıb.
Avtosfer.az xəbər verir ki, paytaxtın Yasamal rayonunda yerləşən avtoyuma məntəqəsi səkidə fəaliyyət göstərərək sakinlərə çətinlik yaradır.
Belə ki, rayonun Şəfayət Mehdiyev küçəsindəki “Car Wash” adlı obyekt onsuz da dövlət qurumları tərəfindən unudulan səkini obyektin yuma hissəsinə çevirib. Hətta o vəziyyət yaranıb ki, içəridə bir avtomobil yuyulan zaman yolun kənarında yola perpendikulyar parklayan sürücülər də nəqliyyat vasitələrinə “əlüstü su da çəkdirə bilir”.

Ərazinin görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sakinlər yaranan vəziyyətin aidiyyəti qurumlar tərəfindən aradan qaldırılmasını xahiş edir.
Qeyd edək ki, belə iaşə müəssisələrinin səkini tamamilə zəbt etməsi vətəndaşların yolun hərəkət hissəsinə çıxaraq irəliləməsinə, nəticədə də piyadavurma hadisəsinə gətirib çıxarır.
Səfər
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












