Səkini qoyub yolun ortasında dayanan kişi maşınların yolunu kəsdi - VİDEO

Özünü təhlükəyə atan piyadanın hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Mikayıl Müşviq küçəsində qeydə alınıb.
Belə ki, yolun hərəkət hissəsində dayanan yaşlı kişi avtomobillərin hərəkətinə mane olub. Görüntünü qeydə alan sürücü dayanıb irad bildirərək yaxınlıqda keçidin olduğunu vurğulayıb. Lakin o, yolu keçmədiyini bildirib.
Videogörüntüdən də belə başa düşülür ki, həmin piyada orada dayanaraq kimisə gözləyir. Yolun kənarında kifayət qədər səkinin olmasına baxmayaraq, həmin piyada həm sürücülərə, həm də öz həyatına təhlükə yaradıb.
Təəssüf edici məqam burasındadır ki, həmin hərəkəti edən piyadanın kifayət qədər yaşı var. Azyaşlı birinin belə etməsini qəbul etmək olardı ki, yolda özünü aparmaqla bağlı bilgiləri yoxdur. Lakin yaşlı bir kişinin təhlükə yaratması və iraddan sonra yoldan kənara çıxmaması başa düşülən deyil.
Könül Rauf
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












