Stop xətdə dayanmayan xanım sürücü “zebra”da piyadaya siqnal verib tələsdirdi - VİDEO

Yasamalda sürücünün qayda pozuntusu ərazidən keçən piyadalar və sürücülər tərəfindn birmənalı qarşılanmayıb.
Avtosfer.az xəbər verir ki, bu gün Yasamal rayonu Bəsti Bağırova küçəsindəki işıqforda yol hərəkəti qaydalarının pozulması halı müşahidə edilib.
Belə ki, 99-DZ-309 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilin sürücüsü piyada keçidinin qarşısındakı stop-xətti keçərək, piyada keçidinə yaxın hissədə dayanıb. Digər nəqliyyat vasitəsi avtomobil üçün yer imkanı yaratsa da, sürücü yenə də avtomobilini geri çəkməyib.
Daha sonra işıqforda yaşıl işıq yandığı zaman dönmə əməliyyatı edən həmin sürücü piyada keçiddən istifadə edən vətəndaşa siqnal verərək onu tələsdirib və hərəkəti davam etdirib.
Qeyd edək ki, bu kimi hallar yol hərəkəti qaydalarına laqeyd münasibətdən və sürücü tələskənliyindən qaynaqlanır. Sürücüləri və piyadaları hərəkət zamanı daha diqqətli olmağa, qaydalara ciddi riayət etməyə, belə hallar nəticəsində baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısı almağa çağırırıq.
Fidan
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












