Xətai yol polisi təhlükə yaradan moped sürücüsünü CƏZALANDIRDI - VİDEO

Xətai rayonunda kobud qayda pozuntularına yol verərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradan moped sürücüsü saxlanılıb. Avtosfer.az-ın məlumatına görə, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində həmin sürücünün Sabirabad rayon sakini İmanzadə Ümüd Qafil oğlu olduğu müəyyən edilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.4 və 332.2-ci maddələri ilə inzibati protokol tərtib olunub.
Qeyd edək ki, sürücü azyaşlıdır və onun sürücülük hüququ yoxdur. Mopedin də dövlət qeydiyyatı aparılmayıb. Buna görə də müvvəqəti mühafizə olunan duracağa yerləşdirilib.
*** 4 iyun, 14:00
Paytaxtın Xətai rayonu, Telnov Sarayevo küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan moped sürücüsü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 3-də saat 22:38 radələrində qeydə alınıb. Görüntülərdən aydın olur ki, moped idarə edən gənc işıqforun qadağanedici qırmızı işığında hərəkəti davam etdirərək yolayrıcına daxil olub. Bununla da kifayətlənməyən sürücü daha sonra əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn avtomobil üçün qəza şəraiti yaradıb.
Kadrlarda moped sürücüsünün son anda dayanaraq toqquşmadan yayınması əks olunub. Bir neçə saniyəlik gecikmə isə ağır yol-nəqliyyat hadisəsi ilə nəticələnə bilərdi.
Qeyd edək ki, xüsusilə gecə saatlarında işıqforun tələblərinə əməl edilməməsi və əks yola çıxmaq kimi təhlükəli manevrlər sürücülərin reaksiyasını məhdudlaşdırır, qəza riskini isə dəfələrlə artırır.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
















