Xocəsəndə piyadaların həyatını təhlükəyə atan sürücü CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB

"Bu gün səhər saatlarında Xocəsən qəsəbəsində kobud qayda pozuntusuna yol verən sürücü cəzalandırılıb".
Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev verib.
"Kobud qayda pozuntusuna yol verməklə inzibati xəta törədən sürücü Xəyal Mövsüm oğlu Mehdiyev, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsinə əsasən inzibati cərimə növündə məsuliyyətə cəlb olunub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək bu kimi halların yolverilməz olduğunu və sürücü intizamının möhkəmləndirilməsi istiqamətində, ictimaiyyətlə birgə, zəruri tədbirlərin aparılacağını diqqətə çatdırır", - deyə M. Ağayev vurğulayıb.
***14:53
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü piyadaların həyatını təhlükə altına atıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər Xocəsən yolunda baş verib.
Tıxacda qalmaq istəməyən 90-KZ-545 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı avtomobilin sürücüsü ötmə qaydalarına zidd olaraq, qarşıda gedən nəqliyyat vasitələrini sağ tərəfdən keçməyə qərar verib və piyadalarla dolu səkinin üstü ilə hərəkətini davam etdirib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev hadisədən xəbərdar olduqlarını bildirib:
"Yol verilmiş inzibati xəta ilə bağlı araşdırma başlanılıb. Qanunamüvafiq tədbir görülərək, ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə M.Ağayev bildirib.
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












