3 uşaqlı ailələrə müavinət veriləcək? - Deputatdan AÇIQLAMA

Azərbaycanda çoxuşaqlı ailə anlayışının dəyişdirilərək 5 uşaqdan 3 uşağa endirilməsi təklif olunur.
Təklif qəbul ediləcəyi təqdirdə, 3 və daha çox uşağı olan ailələrin də müavinət almaq imkanının genişləndirilməsi gündəmə gələ bilər.
Bəs belə bir dəyişiklik dövlət büdcəsinə nə qədər əlavə yük gətirə bilər?
Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi parlamentdə irəli sürülən təkliflərdən biridir. Deputatın sözlərinə görə, hazırda 5 və daha çox uşağı olan ailələrə müavinət ödənilir.
Eyni zamanda, 5 və daha çox uşağı olan şəxslər pensiyaya daha tez çıxır. Vüqar Bayramov qeyd edib ki, təklif çoxuşaqlı ailə anlayışının mərhələli şəkildə 3 uşağa qədər endirilməsidir:
“Nəzərə alsaq ki, statistikaya əsasən, hazırda 13 325 ailə 5-dən çox uşağı olan ailələrdir və bu ailələrə müavinətin ödənilməsi həyata keçirilir. Eyni zamanda, 3 uşaqlı ailələrin sayı 256 mindən çoxdur. 4 uşaqlı ailələrin sayı təxminən 71 min, 5 uşaqlı ailələrin sayı isə 23 min təşkil edir. Bu baxımdan, 3 və daha çox uşağı olan bütün ailələrə eyni vaxtda müavinət ödənilməsi dövlət büdcəsi üçün əhəmiyyətli maliyyə yükü yarada bilər.
Keçidin mərhələli həyata keçirilməsi daha məqsədəuyğundur. İlk mərhələdə 5 və daha çox uşağı olan ailələrin, daha sonra 4 və növbəti mərhələdə isə 3 və daha çox uşağı olan ailələrin əhatə olunması təklif edilir”.
“Bu artıq mərhələli şəkildə həm də maliyyə yükünün paylaşdırılmasına gətirib çıxara bilər və büdcə üçün də ağırlıq yaratmaz. Ona görə təbii ki, biz bu istiqamətdə mərhələli keçidin tərəfdarıyıq və profil qurum tərəfindən də maliyyə daxil olmaqla digər qiymətləndirmələrin aparılmasını məqsədəuyğun hesab edirik”, –deputat əlavə edib./sfera.az
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...












