Marqarin yağının istehsalı artır; bu məhsul niyə təhlükəlidir? – MÜTƏXƏSSİS AÇIQLADI

Ötən il Azərbaycanda qida məhsulları istehsalında maraqlı dəyişikliklər müşahidə olunub. Belə ki, duru bitki yağlarının istehsalı bir qədər azalsa da, marqarin istehsalı artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda duru bitki yağları istehsalı azalıb, marqarin istehsalı isə artıb. Komitəsinin məlumatında qeyd olunur ki, hesabat dövründə ölkədə 37 min 728,4 ton duru bitki yağı istehsal olunub ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 % azdır. Eyni zamanda, marqarin istehsalı 46 min 537,8 ton təşkil edərək 1 il əvvələ nisbətən 3,1 % artıb.
Avtosfer.az xəbər verir ki, marqarin istehsalının artması və duru bitki yağının azalması həm bazarda istehlak seçimlərinə, həm də sağlamlıq məsələlərinə təsir göstərə bilər. Bu vəziyyət bir sual ortaya qoyur. Marqarin istehsalının artması sağlamlıq üçün nə qədər təhlükəlidir? Duru bitki yağları ilə müqayisədə hansı yağ daha faydalıdır və istehlakçılar nəyi seçməlidir?

Bununla bağlı qida mütəxəssisi İlkin Şirinov Avtosfer.az-a açıqlamasında bildirib ki, marqarin yağ deyil:
“Sözügedən yağ sənaye məhsuludur. Yəni, marqarin hidrogenləşdirilmiş bir məhsuldur. Bu, yağ kimi təbii qəbul edilə bilməz, daha çox sənaye məhsulu kimi qiymətləndirilməlidir. Marqarin insan tərəfindən uzunmüddətli və davamlı şəkildə istifadə edildikdə ölüm riskini artırır. Bu, sadəcə söz deyil, tibbin sübut etdiyi və bir çox elmi araşdırmalarda təsdiqlənmiş faktdır. Marqarin əsasən transyağ turşularının birləşməsindən ibarətdir və elmi cəhətdən ən zərərli yağ növlərindən biri hesab olunur. Bu, ürək-damar xəstəlikləri riskini artırır, pis xolesterin səviyyəsini yüksəldir, yaxşı xolesterin səviyyəsini isə azaldır. Xolesterin damarların tıxanması və digər fəsadlara səbəb ola bilər. Transyağlar və margarin həmçinin insulin müqavimətini artırır və şəkərli diabet riskini yüksəldir. Uzunmüddətli və mütəmadi istifadəsi müxtəlif xəstəliklərə, o cümlədən ürək xəstəliklərinə və xroniki sağlamlıq problemlərinə gətirib çıxara bilər. Təbii ki, bir dəfə yemək dərhal fəsad yaratmır, amma davamlı istifadəsi ciddi risklər daşıyır”.
Mütəxəssis istehlakçılara yalnız tanınmış və təsdiqlənmiş markaları seçmələrini tövsiyə edib. Üzərində istehsal tarixi və digər məlumatlar düzgün göstərilməyən, etikət qaydasına əməl olunmayan və yağlıq dərəcəsi qeyri-müəyyən məhsullardan istifadə etmək təhlükəlidir. Sadəcə ucuz olduğu üçün belə məhsulların alınması sağlamlığa ciddi ziyan vura bilər.
Nurcan Babək
"Nə təcili yardım gəlir, nə taksi" - Asfalt üzünə həsrət qalan kənd - VİDEO
Birləşmiş Krallıqda nə baş verir? Niyə bu ölkə 19 ildə 7 baş nazir dəyişib? – AÇIQLAMA
Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilərmi? - AÇIQLAMA
Uşaqlarda boy artımı niyə ləngiyir? Genetika, yoxsa xəstəlik? - Pediatrdan AÇIQLAMA
Əlilliyi olan şəxslərin əl işləri bu saytda satışa çıxarılacaq – RƏSMİ AÇIQLAMA - VİDEO
Sakinləri çıxılmaz vəziyyətə salan yol – Bu cür yaşayış olmaz - VİDEO
Vətəndaş yaşadığı yerdə su borusunun partlamasından şikayətləndi; qurum hərəkətə keçdi - VİDEO
Binalarda ucuz tikinti materialından istifadə yanğın riskini artırır - Memardan XƏBƏRDARLIQ
Müəllimlər summativ qiymətləndirmənin təşkilində laqeydlik edir - Ekspertdən AÇIQLAMA
Sürücülərin kabusuna çevrilən kanalizasiya lükləri: Bir küçə, onlarla təhlükə - FOTO - VİDEO
Sənədsiz evlərlə bağlı AÇIQLAMA











