Nazirlikdən pensiyalarla bağlı açıqlama: 10 faiz çox olmaqla...
Sosial
18 Sentyabr 2026 14:09

Yanvar-avqust aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 222 milyon manat vəsait yönəldilib.
Bu barədə Avtosfer.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb: "1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb".
Qeyd edilib ki, yanvar-avqust aylarında 26 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 205 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Oxunub : 848
DİGƏR XƏBƏRLƏR
8 Oktyabr 2026 18:48
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
8 Oktyabr 2026 16:41
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
8 Oktyabr 2026 12:44
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
8 Oktyabr 2026 12:06
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
8 Oktyabr 2026 11:18
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
5 Oktyabr 2026 12:18
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
3 Oktyabr 2026 12:11
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
2 Oktyabr 2026 13:11
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
29 Sentyabr 2026 11:23
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
28 Sentyabr 2026 16:11
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
26 Sentyabr 2026 17:35
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
22 Sentyabr 2026 13:48
Avtobusa minənlərin diqqətinə...
ŞƏRH YAZ












