Pensiyalarla bağlı VACİB XƏBƏR: İlin sonunda...

Azərbaycanda sosial təminat göstəricilərinin mövcud vəziyyəti açıqlanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, hazırda orta pensiyanın məbləği 594 manatdır. Onun sözlərinə görə, yaşa görə orta pensiya isə 632 manat təşkil edir.
Orta pensiya məbləği artırıla bilərmi?
Avtosfer.az bildirir ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, göstəricilər Azərbaycanın mövcud iqtisadi və sosial vəziyyətini əks etdirir:
“Orta pensiyanın məbləğini birbaşa artırmaqla bağlı ayrıca qərar yoxdur. Orta pensiya, ümumi pensiya məbləğinin təqaüdçülərin sayına bölünməsi ilə hesablanır. Pensiyaların artması üçün əsas şərt əmək haqlarının yüksəlməsidir. Çünki Azərbaycanda pensiya sistemi əməkhaqqına bağlıdır və pensiya kapitalında toplanan vəsait əsasında formalaşır. Vətəndaşlar “myGov” tətbiqi vasitəsilə öz pensiya kapitalına yığılan məbləği izləyə bilərlər. Əməkhaqqı nə qədər yüksək olarsa, pensiya kapitalına yığılan vəsait də bir o qədər artır və nəticədə daha yüksək pensiya almaq imkanı yaranır”.
İqtisadçı bildirib ki, orta pensiyanın artması birbaşa ölkədə iqtisadi inkişaf, ümumi əməkhaqqı səviyyəsindən, xüsusilə qeyri-neft sektorundakı maaşlardan asılıdır:
“İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, yeni iş yerlərinin açılması və əmək bazarında tələbin yüksəlməsi maaşların artımına, bu isə öz növbəsində pensiyaların yüksəlməsinə gətirib çıxarır. Minimum pensiyanın artırılması da müəyyən təsir göstərir. Minimum pensiyalarla bağlı məsələyə hökumət iki ildən bir baxır. Yəqin ki, ilin sonunda bu məsələ yenidən qiymətləndiriləcək və mövcud vəziyyətə uyğunlaşdırılacaq. Lakin ümumilikdə orta pensiyanın artımı üçün əsas amil əməkhaqqının yüksəlməsidir”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












