Qaz, işıq, su tarifləri ilə bağlı yeni xəbər – İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək.
Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər.
İnternetin qiyməti niyə birdən-birə 7 manat artırılır? Bu, abonent üçün daha keyfiyyətli internet deməkdir, yoxsa sadəcə daha çox ödəniş? Digər tariflri də eyni abiqət gözləyirmi? Kommunal sahədə də ilin sonunadək artım olacaq?
Avtosfer.az-ın məlumatına görə, globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, internet qiymətlərinin artımı kifayət qədər qəribə və qaranlıq qalan məsələdir:
“Bu sahədə onlarla provayder fəaliyyət göstərir. Əgər qiymət artımı kartel sövdələşməsinin nəticəsidirsə, bu, qanun pozuntusudur. Çünki müxtəlif provayderlər eyni vaxtda qiymətləri qaldıra bilməz. Özəl sektorun və çoxsaylı provayderlərin fəaliyyət göstərdiyi bir sahədə onların hansı əsasla və necə razılaşaraq qiymətləri qaldırması aydın deyil. Bu, hətta antiinhisar qanunvericiliyinin pozuntusu sayıla bilər”.
İqtisadçı bildirib ki, bununla bağlı rəsmi açıqlama verilməli və qiymət artımının səbəbləri izah olunmalıdır:
“Hazırda əsaslandırma kimi xidmət keyfiyyətinin artırılması göstərilir. Lakin vətəndaşdan da soruşmaq lazımdır, bəlkə onu əvvəlki qiymət və xidmət keyfiyyəti qane edirdi? Bu halda qiymət və keyfiyyətin artırılmasına nə ehtiyac var? Açığı, bu, vətəndaşlar üçün o qədər də müsbət qarşılanan addım deyil.
Kommunal xidmətlərə gəldikdə isə burada vəziyyət fərqlidir. Belə ki, bu sahədə qiymətlər rəsmi qərarla artırılır. Bunu Nazirlər Kabineti yanında Tarif Şurası edir. İndi onlar istənilən vaxt yığışaraq belə bir qərar verə bilərlər. Amma bunun ilin sonunadək qəbul ediləcəyini indidən söyləmək çətindir”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












