Sosial müavinətlər və təqaüdlərlə bağlı ŞAD XƏBƏR – Bu tarixdən…

Naxçıvan Muxtar Respublikasında 2025-ci il üzrə sosial ödənişlərdə qeydə alınan 12%-lik artım və ümumilikdə 79,4 milyon manat vəsaitin ayrılması, ölkə miqyasında həyata keçirilən genişmiqyaslı sosial islahatların mühüm bir siqnalı kimi qiymətləndirilir.
Bu artım sadəcə regional xarakter daşımır, həm də dövlətin sosial təminat sisteminin əhatə dairəsini genişləndirməsinin bariz göstəricisidir. Xüsusilə aylıq sosial müavinətlər üçün 45,9 milyon manatın ayrılması və Prezident təqaüdləri üzrə ödənişlərin 31,8 milyon manata çatması, ölkənin ümumi sosial kursunun artım istiqamətində olduğunu təsdiqləyir. Təyinatların 79%-nin proaktiv, yəni müraciət gözləmədən avtomatlaşdırılmış qaydada aparılması isə bürokratik maneələrin aradan qaldırılması baxımından mühüm addımdır. Naxçıvandakı bu müsbət dinamika fonunda, bütün respublika üzrə sosial paketlərin daha da optimallaşdırılması və müavinət artımının reallaşması iqtisadi baxımdan tamamilə mümkündür.
Məsələ ilə bağlı danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, hazırkı iqtisadi konyunktura respublika üzrə sosial ödənişlərin artırılmasına tam zəmin yaradır: “Naxçıvanda müşahidə edilən bu artım trendi yaxın müddətdə bütün ölkə miqyasına sirayət edə bilər. Hazırda dünya bazarlarında neftin qiymətinin sabit yüksək həddə qalması və büdcə daxilolmalarının proqnozlaşdırılandan daha çox olması sosial ödənişlərin artırılması üçün əlavə maliyyə imkanları yaradır. Neft gəlirlərinin artması dövlət büdcəsinin profilini genişləndirir ki, bu da ilk növbədə sosial müdafiə xərclərinin artırılmasına yol açır. Bu şərtlər daxilində bütün ölkə üzrə minimum əməkhaqqı, yaşayış minimumu və buna bağlı olan sosial müavinətlərdə növbəti mərhələli artım reallaşa bilər”.
Onun sözlərinə görə, büdcə daxilolmalarının artımı sosial ödənişlərin indeksləşdirilməsi və artırılması prosesini daha cəsarətli etməyə imkan verir: “Əgər neftin qiyməti və qeyri-neft sektorundan gələn gəlirlər bu tempdə davam edərsə, biz bütün Azərbaycan üzrə müavinətlərdə orta hesabla 10-15% civarında artım müşahidə edə bilərik. Bu, xüsusilə ailə başçısını itirənlər, əlilliyi olan şəxslər və yaşa görə müavinət alanlar üçün böyük dəstək ola bilər. Dövlətin proaktiv təyinat sistemini genişləndirməsi isə o deməkdir ki, vətəndaşlar artan vəsaitləri heç bir müraciət etmədən, daha çevik şəkildə əldə edəcəklər. Mövcud iqtisadi sabitlik sosial rifahın artırılmasında ən güclü amildir və bu, yaxın aylarda özünü konkret rəqəmlərlə büruzə verə bilər”./nocomment.az
"Düşünməsin ki, yol həmişə onundur" - Sığorta şirkəti hansı halda ödənişdən imtina edə bilməz? - VİDEO
Bu qızıl mağazalarından alış-veriş etməyin - XƏBƏRDARLIQ
Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA
Bakıda gecələr görünməyən TƏHLÜKƏ: "Sürücülər çalaya düşürlər" - VİDEO
Bakıya yağan yağışlara bağlı - Ekoloqdan REAKSİYA
Pensiyaçıların NƏZƏRİNƏ!
Kəskin istilər gəlir — Ekoloqdan açıqlama
Deputat müjdəni verdi - İşsizlərə şad xəbər
Yeddi illik baxımsızlıq: Sakinlərin yol problemi - VİDEO
Azərbaycanda yay belə keçəcək - TƏHLÜKƏ VAR
Pensiya və sosial müavinətlərdə yeni dəyişikliklər - Nələr olacaq?










