Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...

Sosial müavinətlərin təyinatı ilə bağlı mühüm yenilik tətbiq olunacaq.
Avtosfer.az xəbər verir ki, yenilik mayın 1-dən etibarən qüvvəyə minəcək.
Yeniliyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləlik və doğuma görə müavinət, üç yaşınadək uşağa qulluğa görə müavinət, eləcə də dəfn üçün birdəfəlik müavinət artıq proaktiv qaydada təyin ediləcək.
Bu o deməkdir ki, vətəndaşların hər hansı quruma müraciət etməsinə, növbə gözləməsinə və ya sənəd toplamasına ehtiyac qalmayacaq. Bütün proseslər rəqəmsal şəkildə həyata keçiriləcək.
Müvafiq hal baş verdikdə, vətəndaşa təyinatla bağlı SMS bildirişi və ya "E-sosial" proqramında bildirişlə bölməsində məlumat göndəriləcək.
Beləliklə, vətəndaşlar əlavə vaxt və səy sərf etmədən, heç bir çətinlik yaşamadan bütün prosesi öz şəxsi kabinetləri üzərindən rahat şəkildə izləyə biləcəklər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












