Bakı küçələrinə döşənən bordürlər 7 il sonra yararsız hala düşür – ŞİKAYƏT - FOTO

Yol infrastrukturu ilə bağlı problemlər paytaxt küçələrində hələ də qalmaqdadır. Bu gün Bakının bir sıra küçə və prospektlərində, eləcə də şəhərətrafı yolların təmirinə büdcədən milyonlarla manat vəsait ayrılır. Lakin bir ümddət sonra həmin yollarda ortaya çıxan qüsurlar ayrılan vəsaitlərin necə xərcləndiyini sual altında qoyur.
Avtosfer.az-ın sosial şəbəkə hesabına şikayət edən vətəndaşlardan biri deyir ki, yaşadığı ərazidə qəribə vəziyyətlə rastlaşıb. Onun sözlərinə görə, Xətai rayonu Məhəmməd Hadi küçəsində yol infrastrukturunun hazırkı vəziyyəti ərazidə yaşayan sakinləri də narahat etməyə başlayıb. Belə ki, vətəndaş yaşının buna icazə verdiyini vurğulayaraq qeyd edir ki, SSRİ dövründə Məhəmməd Hadi küçəsinə paralel bir sıra küçələrə çəkilən bordürlər eroziyaya hələ də uğramayıb.
Daha dəqiq desək, 1973-cü ildə çəkildiyi bildirilən səkilərin ətrafındakı bordür hələ də işlək vəziyyyətdədir, lakin 2019-cu ildə Məhəmməd Hadi küçəsinə çəkilən bordür artıq kifayət qədər eroziyaya uğrayıb. Yəni, hazırda çəkilən bəzi bordürlərin cəmi 7 il və ya bir qədər artıq ömrü var, sonra yenə büdcədən pul tələb edəcəklər və yenidən bordür çəkməyə başlayacaqlar.
Kiçik araşdırma apardıqda isə məlum olur ki, Sovet dövründə küçələrə quraşdırılan beton bordürlər hazırda əksər şəhərlərə, mərkəzi küçələrə çəkilən basalt bordürlərdən daha keyfiyyətlidir. Lakin yenə də yol təsərrüfatı ilə məşğul olan qurum tökmə bordürləri şəhərə döşəməyə davam edir.
Səfər

Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












