Bakıda iki küçəyə giriş qadağan edildi - Diqqətli olun! - CƏRİMƏ - FOTO

Bakıda hərəkətin təşkilinə dəyişiklik edilərək nəqliyyat vasitələrinin iki küçəyə girişi qadağan edilib. Avtosfer.az xəbər verir ki, sözügedən dəyişiklik paytaxtın Abdulla Şaiq və Nizami küçələrində həyata keçirilib. Belə ki, əvvəllər Abdulla Şaiq küçəsi ilə hərəkət edən sürücülər sağa-Nizami küçəsinə, Nizami küçəsi ilə hərəkət edən sürücülər isə sola- Abdulla Şaiq küçəsi istiqamətində hərəkət edə bilirdilər. Lakin dəyişiklikdən sonra sürücülər A.Şaiq küçəsindən sağa- Nizami küçəsi istiqamətinə hərəkət edə bilməyəcək. Həmin istiqamətdə hərəkəti düzünə məcbur edən 4.1.1 nişanı və sağa girişi qadağan edən 3.1 nişanı quraşdırılıb. O cümlədən Nizami küçəsi ilə hərəkət edən sürücülər A.Şaiq küçəsi ilə kəsişmədə yalnız sağa hərəkət edə biləcəklər. Həmin istiqamətdə də hərəkətin sağa məcburİ olduğunu bildirən 4.1.2 nişanı və sola girişi qadağan edən 3.1 nişanı qurqaşdırılıb.
Hərəkətin təşkilinə edilən bu cür dəyişikliklərdən sonra yol polisləri qayda pozan sürücələri inzibati qaydada məsuliyyətə cəlb edərkən, həmin sürücülər haqsız narazılıqlarını bildirərək öncədən xəbərdarlıq edilməli olduğunu vurğulayırlar. Sürücülərin diqqətinə çatdırırıq ki, hərəkətin təşkilinə edilən dəyişikliyə görə yol polisinin sürücülərə xəbərdarlıq etməsi kimi bir öhdəliyi yoxdur. Sürücü hər zaman diqqətli olmalı, yol nişanları və nişanlanma xətlərinə əməl etməli və hətta gündəlik hərəkət etdiyi yol olsa belə yol nişanlarına nəzər yetirməlidir.
Təbriz


.jpg)
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












