Bakının mərkəzində yeni "ölüm keçidi": piyadaların həyatı təhlükədədir - VİDEO

Bakıda təşkil edilmiş piyada keçidlərinin biri insanlar üçün ciddi təhlükə yaradır. Avtosfer.az xəbər verir ki, bir neçə ay əvvəl paytaxtın Neftçilər prospektində (Əl Oyunları Sarayının yanında) hərəkətin təşkilinə dəyişiklik edilərək həmin əraziyə svetofor obyekti qoyuldu. Yeni açılmış "Dəniz Mall" ticarət mərkəzinə gedən sürücülərin yolunu qısaltmaq üçün prospektin sol zolağında sola və geriyə dönmə hərəkəti təşkil edildi. Bununla yanaşı yolun digər tərəfinə keçmək istəyən piyadalar üçün nizamlanan piyada keçidi təşkil edildi. Həmin piyada keçidi "Bayraq Meydanı"ndan gələn sürücülərin görünmə sahəsinə düşmədiyi üçün svetoforun qırmızı işığında hərəkət edən piyadalar həm özlərinə, həm də sürücülərə təhlükə yaradır.
Qeyd edək ki, yaxınlıqda (Funikulyorun yanında) piyadaların təhlükəsiz hərəkəti üçün yeraltı keçid mövcuddur. Bu cür keçidin olduğu halda 50 metrdən sonra nizamlanan piyada keçidinin olması lüzumsuzdur. Bundan əlavə olaraq Yol Hərəkəti Haqqında Qanunun 9-1 -ci maddəsində qeyd olunub ki, piyada keçidlərinin arasında 150-300 metr məsafə olmalıdır. Görünür ki, burada qanunun tələbi də pozulub.
Təbriz
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












