Səbaildə yol polisinə tabe olmayan ata həbs olundu: oğlu cərimələndi
Yol nişanları
7 İyul 2022 18:59

Bakıda yol polisi ilə dalaşan şəxs və oğlu saxlanılıblar. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyulun 4-nə keçən gecə saat 00 radələrində 20-ci Sahə adlanan ərazidə yol polisi şübhəli hesab etdiyi “Mercedes” markalı avtomobili saxlayıb.
İttihama görə, polis əməkdaşının sürücünün sərxoş vəziyyətdə olub-olmamasını müəyyən etməyə çalışdığı vaxt avtomobildə olan sürücünün atası, 1965-ci il təvəllüdlü Z.Cabbarov və sürücünün qardaşı maşından düşərək mübahisə yaradıblar. Toydan sərxoş halda çıxıb evə gedən şəxslər yol polisinin ünvanına təhqiramiz ifadələr işlədiblər. Hadisə yerinə post patrul xidmətinin əməkdaşları dəvət ediliblər və həmin şəxslər ərazi üzrə polis bölməsinə aparılıblar. Burada insident daha da böyüyüb. Saxlanılan Z.Cabbarov polis əməkdaşına kəllə atıb, onun qolundan dişləyib.
Bundan sonra ata və 1997-ci il təvəllüdlü oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati protokol tərtib edilib. Onlar Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Z.Cabbarova 10 sutka həbs cəzası verilib, oğlu isə 150 manat cərimə edilərək sərbəst buraxılıb.
Oxunub : 4520
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 15:00
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
11 Noyabr 2026 13:00
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
3 Noyabr 2026 17:46
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
2 Noyabr 2026 14:41
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
2 Noyabr 2026 10:00
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
31 Oktyabr 2026 12:45
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
14 Oktyabr 2026 14:00
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
14 Oktyabr 2026 12:30
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
14 Oktyabr 2026 10:30
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
13 Oktyabr 2026 10:23
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
30 Sentyabr 2026 16:11
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
28 Sentyabr 2026 10:00
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
ŞƏRH YAZ












