Bakıda qorxulu yol nişanı: Sürücülərə əks yola çıxmağı əmr edir - FOTO

Bakıda sürücüləri çaş-baş salan yol nişanı ilə bağlı bir neçə oxucu sosial şəbəkə hesabımıza məlumat verib. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın 6-cı mikrorayon ərazisindən, daha dəqiq desək Anar şadlıq sarayının qarşısından gedir. Belə ki, həmin yolda
ayırıcı zolağın üzərinə maneəni sağdan və soldan keçməni bildirən 4.2.3 nişanı quraşdırılıb. Bu nişan onu bildirir ki, sürücü ayırıcı zolağın həm sağı ilə hərəkət edə bilər, həm də sol tərəfinə keçərək əks yolla hərəkət edə bilər.
İkitərəfli hərəkət təşkil edilmiş yolayrıclarında ayırıcı zolağın üzərinə bu nişanın quraşdırılması olduqca kobud səhvdir. Həmin nişanın tələbləri ilə hərəkət edən sürücülər hər an ölümlə üz-üzə qala bilər.
Əslində bu cür yollarda ayrıcı zolağın üzərinə 4.2.1 maneəni yalnız sağdan keçməni bildirən nişan quraşdırılmalıdır. Bu nişanın mahiyyəti ondan ibarətdir ki, sürücülər səhv edib əks yola keçməsinlər.
Leyla
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO















