Bakıda quraşdırılan yeni radar bölgələrə də tətbiq olunacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakıda yeni radar cihazı quraşdırılıb. Həmin cihaz Xətai rayonu, “8 Noyabr” prospektində, “Ağ Şəhər’” istiqamətində yolun sağ tərəfində qoyulub. Dirək formasında olan cihaz ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunduğu bildirilir.
Bəs ölkəmizə yeni gətirilən dirək formasında olan radar bölgələrdə və rayon yollarında da istifadə olunacaq?
Məsələ ilə bağlı referans.az-a açıqlama verən Dövlət Yol Polis idarəsinin baş inspektoru Araz Əsgərli müasir radarın hələ test mərhələsində olduğunu və təcrübədən çıxdıqdan sonra rayon yollarına da şamil oluna biləcəyini bildirib:
“Həmin radarlar bildirildiyi kimi, hələ də test mərhələsindədir. Buna görə də həmin test mərhələsindən uğurlu çıxsa, tətbiqi mümkün olarsa, bunun üçün biz yox, konkret mühəndislər buna qiymət verəcəklər daha sonra isə bunun tətbiqi ilə bağlı qərar qəbul olunacaq. Bunlar sonrakı proseslərdir. Yəni hələ ki, test mərhələsi başa çatmamış, avadanlığın xüsusiyyətlərinə, imkanlarına, keyfiyyətlərinə bələd olmamış bu qərarı heç kim verə bilməz”.
Araz Əsgərlinin sözlərinə görə, radarın keyfiyyətləri xüsusi mütəxəssislər tərfindən nəzarətdən keçiriləcək və tətbiqi üçün qərar qəbul olunacaq: “Burada məsələ təkcə DYP əməkdaşlarından söhbət getmir. Bu prosesə qiymət vermək üçün xüsusi mütəxəssislər cəlb olunur və onlar radarın keyfiyyətlərinə nəzarət edirlər. Həmin mütəxəsisslərin rəyləri alındıqdan sonra qərar qəbul olunacaq ki, bu radarlar tətbiq olunsun yoxsa yox”.
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












