Bakıda sürücülər çaş-baş qalıb: Nişan icazə verir, xətt qadağan edir - VİDEO

Bakıda yol nişanı ilə nişanlanma xətti arasındakı ziddiyət sürücüləri çaş-baş salıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Əhməd Cəmil küçəsilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsindən gedir. Belə ki, bir müddət əvvəl sözügedən kəsişməyə svetofor quraşdırıldı və Əhməd Cəmil küçəsindən bütün istiqamətlərə (düzünə, sağa, sola və geriyə) hərəkət edilməsinə icazə verildi. Buna dair 5.8.1 məlumatverici yol nişanı da quraşdırıldı. Lakin Ə.Haqverdiyev küçəsini kəsib keçməyi qadağan edən qoşa xətt hələ də silinməyib. Bu isə nişan və nişanlanma xətti arasında ziddiyyətin olmasından xəbər verir. Hərəkətin bu formada təşkil edilməsi qanunvericiliyə ziddir.
Videogörüntünü redaksiyamızın qaynar xəttinə göndərən oxucu bildirir ki, qoşa xəttin olması onu çaşdıraraq sağa dönməyə məcbur edib.
Fərid
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












