Bakıda yanlış qoyulan yol nişanı təhlükə saçır - VİDEO

Bakının Süleyman Tağızadə və Abdulla Şaiq küçələrinin kəsişməsində, yoxuşun sonunda görünmə zonası məhdud olduğundan orada “2.5 - dayanmadan keçmək qadağandır” yol nişanı quraşdırılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, hazırda qurum tərəfindən Bakı şəhərində yol şəbəkəsinin və yol hərəkətinin təşkilinə müasir texnologiyaların tətbiqi ilə yenidən baxılmaqdadır:
“Bu istiqamətdə hazırda bir neçə layihə işlənilir və mövcud yol şəbəkəsi təhlil olunur. Qeyd edilən ərazidəki yol nişanına da tədbirlər çərçivəsində yenidən baxılacaq”.
***
Bakıda yoxuşa qoyulan “stop” yol hərəkət (2.5 - “dayanmadan keçmək qadağandır”) nişanı sürücülərin narazılığına səbəb olub.
Bununla bağlı sürücülər sosial şəbəkələrdə paylaşım ediblər. Videogörüntüdə bildirilir ki, Süleyman Tağızadə küçəsi ilə Abdulla Şaiq küçəsinin kəsişməsində, yoxuşun sonunda “stop” nişanının qoyulması yanlışdır.
Belə ki, yoxuş istiqamətində hərəkət zamanı ani dayanma avtomobillər üçün ciddi təhlükə törədə bilər. Xüsusilə, qış aylarında, yolun buz bağlaması və ya hərəkət zamanı müşahidə olunan sıxlıqda avtomobillərin yoxuşun sonunda dayanması düzgün deyil.
Sürücülər iddia edir ki, Süleyman Tağızadə küçəsinin sonunda “stop” nişanı əvəzinə “yol ver” (2.4) nişanı qoyulmalı idi.
Sözügedən küçədən videogörüntünü təqdim edirik:
(oxu.az)
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












