Bakıda yenilik: Problem yaradan bu dairədə hərəkət dəyişir - VİDEO

Dairə böyük, yoldakı zolaqların, eləcə də dairəyə giriş-çıxışların sayı isə çox. Paytaxtda hərəkətin intensiv olduğu ən böyük dairəsində sürücülər problem yaşayırlar.
Xətai rayonu ərazisində yerləşən ''Ukrayna'' dairəsindən istifadə edən sürücülər qəza şəraiti ilə üz-üzə qalırlar.
Bu dairəyə eyni anda 5 istiqamətdən xeyli sayda avtomobil daxil olur. Sürücülərin sözlərinə görə, sahəsi böyük olduğundan, dairə üzrə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri bir-birinə yol verməkdə çətinlik çəkirlər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, problemin əsas səbəbi həmin dairədə zolaqların sayının həddindən çox olmasıdır. Onun sözlərinə görə, ərazidə ciddi dəyişikliklər etmək lazımdır.
Problemdən Bakı Nəqliyyat Agentliyi də xəbərdardır. Qurumdan bildirilib ki, "Ukrayna" dairəsində yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə layihə hazırlanıb. Layihəyə əsasən mövcud dairənin yerində yeni Turbo tipli dairənin inşası nəzərdə tutulur.
Həmin dairə istifadəyə verildikdən sonra zolaqlar üzrə konflikt nöqtələrinin sayı 170-dən 23-ə enəcək. Dairədə mübahisəli nöqtələr minimuma endiriləcək. Buna görə də təhlükəsizlik təmin olunacaq, dairənin hərəkəti buraxma qabiliyyəti artacaq.
Qeyd edək ki, layihə digər dövlət qurumları ilə razılaşdırılma mərhələsindəndir.
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












