Bakıda yol nişanları sürücüləri çaşbaş qoyub - VİDEO

Bakı şəhərində quraşdırılan yol nişanlarının hərəkət iştirakçılarını çaşdırdığı iddia edilib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, vətəndaş iddia edir ki, Nəsimi rayonu, Rixard Zorge küçəsində düzünə hərəkət etməyə icazə verən nişan qoyulsa da, iki metr aralıda, ağacın altında quraşdırılan və demək olar ki, budaqlardan görünməyən yol nişanında bunun əksi göstərilir.
Nəqliyyat üzrə ekspert Adil Nəbiyev bildirib ki, nişanlar arasında heç bir ziddiyyət yoxdur:
“Bunu çəkən sürücü nişanları bilmir. Baş yol nişanının düzünə, sağa və sola dönmə olan nişanla, həmçinin birtərəfli hərəkətin bitdiyini bildirən nişanla eyni yerdə quraşdırılmasında problem yoxdur”.
Ekspert qeyd edib ki, burada, sadəcə, problem nişanın ağacların budaqları altında qalmasıdır: “Paytaxtda çox yerdə nişanlar ağacların budaqları və ya görünməyən bir yerdə qalır. Aidiyyəti qurumlar birlikdə hərəkət etməli, nişanları görünən yerdə yerləşdirməlidirlər”.
Məsələ barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.
İdarənin inspektoru, polis mayoru Fuad Sultanov bildirib ki, məsələ barədə aidiyyəti şöbəyə məlumat verilib.
(oxu.az)
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












