Bakının bu yollarında avtobuslara xüsusi zolaq ayrılmayacaq

“Bakıda hansı yol ikizolaqlıdırsa, o yollarda ictimai və operativ nəqliyyat vasitəsi üçün xüsusi zolaq ayrılması mümkün deyil. Birinci Avropa Olimpiya Oyunları zamanı da gördük ki, elə yollarda xüsusi zolaq ayrılanda, digər zolaqda uzun sıra yaranırdı”. Avtosfer.az-ın məlumatına görə, bunu baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov Bakıda ictimai və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün yollarda xüsusi zolaqların ayrılmasına münasibət bildirərkən deyib.
Nazirlər Kabinetinin Yol Təhlükəsizliyi Komissiyasında Bakıda ictimai (avtobus) və operativ (yanğınsöndürən maşınlar, təcili tibbi yardım maşınları) nəqliyyat vasitələri üçün xüsusi zolaqların ayrılması məsələsi barədə hələ qərar verilmədiyini nəzərə çatdıran A. Şərifov bildirib ki, ictimai və operativ nəqliyyat vasitələri üçün 3 zolaqlı yollarda xüsusi zolaq ayrıla bilər: “Bir ay ərzində 3 zolaqlı yollarda ictimai və operativ nəqliyyat vasitələri üçün xüsusi zolaqların ayrılması məsələsi barədə qərar verəcəyik”.
Elmin
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












