BNA-nın qarşısında biabırçı yol nişanı: Sürücülər hara dönəcəklərini bilmir - VİDEO

Bakıda quraşdırılmış yol nişanı sürücüləri çaş-baş salıb. Avtosfer.az xəbər verir ki, nişan Bakı Nəqliyyat Agentliyinin qarşısında quraşdırılıb. Belə ki, tuneldən gələn istiqamətdə stop və sola dönməyi məcbur edən nişan quraşdırılıb. Bu nişanı görən sürücülər hara dönəcəklərini bilmirlər. Sözügedən yerdə ayırıcı zolağın kəsiyindən sağa keçmək istəyən sürücülər üçün bu nişanın quraşdırılması düzgün hesab edilmir. Nişan hazırda elə yerə quraşdırılıb ki, düzünə gedən nəqliyyat vasitələrinə də şamil olunur. Yəni, indiki halda tuneldən gələn sürücülər nişanın qarşısında stop etməli, daha sonra sola dönərək ayırıcı zolağın üzərindən əks yola çıxmalıdır. Bir sözlə həmin yolda hərəkətin təşkilində qüsur var. Qanunvericiliyə görə nişanlar elə quraşdırılmalıdır ki, sürücülər üçün başa düşülən olsun. Hal-hazırkı vəziyyətdə sürücülər həmin nişanın ora nəyə görə qoyulduğunu başa düşə bilmir.
Ümid edirik ki, BNA həmin ərazini müayinə edərək hərəkətin təşkilinə dəyişiklik edəcək.
Könül
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












