Bu dairəyə nişan quraşdırmaq yaddan çıxıb - Sürücülər çaş-baş qalır - VİDEO

Gəncə şəhərində hərəkətin təşkilinə dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, Bakı-Qazax yolu istiqamətindən şəhərə daxil olan və şəhərdən çıxan sürücülər üçün nişanlar dəyişdirilib.
Əvvəllər dairə boyunca hərəkət edən nəqliyyat vasitələri üstün hesab olunsa da, indi sözügedən istiqamətdən və əks tərəfdən dairəyə daxil olan sürücülərə baş yol nişanı quraşdırılıb.
Hal-hazırda dairə boyunca hərəkət edən sürücülər dayanıb Bakı və şəhər istiqamətindən dairəyə daxil olan sürücülərə yol verməlidir. Lakin hərəkətin təşkilindəki çatışmazlıq sürücülərdə çaşqınlıq yaradır. Dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə "yol ver" nişanı quraşdırılmadığı üçün sürücülər baş yolda olan avtomobillərə yol vermirlər. Bunun səbəbi isə hərəkətin təşkilində olan natamamlıqdır.
Qanunvericiliyə görə, üstünlük nişanları komplektləşdirilmiş şəkildə tətbiq edilməlidir. Bu o deməkdir ki, dairəyə daxil olan sürücülərə baş yol nişanı quraşdırılırsa, bu zaman dairə boyunca hərəkət edən sürücülərə mütləq şəkildə "yol ver" nişanı quraşdırılmalıdır. Əks halda baş yolda olan avtomobillərə yol verməyən sürücünü məsuliyyətə cəlb etmək əsassız sayılacaqdır.
Könül Rauf
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












