Bu küçədəki nişan sürücüləri "tələ"yə salır - 3 bal 60 manat - VİDEO

Bakıda hərəkətin təşkilində olan qüsur sürücülərin qayda pozmasına şərait yaradır. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Həsən Əliyev küçəsilə Mərdanov Qardaşları küçəsinin kəsişməsindən gedir. Belə ki, Həsən Əliyev küçəsindən sağa – Mərdanov qardaşları küçəsinə giriş qadağan edilib. Yolayrıcı qarşısında quraşdırılmış 3.1 giriş qadağandır nişanının üzü əks tərəfə quraşdırıldığı üçün və məcburi hərəkət istiqaməti nişanının olmadığı üçün sürücülər Mərdanov qardaşları küçəsinin birtərəfli olmasını anlamırlar. Bu səbəbdən də Həsən Əliyev küçəsindən gələn sürücülər sağa dönərək istəmədən qayda pozurlar.
Həmin kəsişmədə hərəkətin yalnız düzünə olmasını bildirən 4.1.1 nişanının və giriş qadağandır nişanının düzgün istiqamətə quraşdırılması vacibdir. Ümid edirik ki, Bakı Nəqliyyat Agentliyi (BNA) tez bir zamanda hərəkətin təşkilində olan qüsuru aradan qaldıracaq.
Könül
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












