Bu prospektdə sürət həddi dəyişdirildi, radar çəkir - DİQQƏT! - FOTO

Paytaxtın Neftçilər prospektində (Bayraq Meydanının qarşısında) hərəkət sürətində dəyişiklik edilib. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, əvvəllər həmin ərazidə sürət rejimi 70 km/ saat tətbiq edilirdi. Sözügedən ərazidə hərəkət sürəti 60 km/saata endirilib və bu barədə yola müvafiq nişanlar quraşdırılıb.
Sürətin aşağı salınmasında məqsəd yol nəqliyyat hadisələrinin qarşısının alınmasıdır. Çünki yolda sərt döngə var və orada yeraltı keçidin olmasına baxmayaraq bir çox hallarda piyadalar hərəkət hissəsi ilə yolu digər tərəfə keçməyə çalışırlar.
Qeyd edək ki, həmin ərazidə dəfələrlə ölümlə nəticələnən yol nəqliyyat hadisələri baş verdiyi üçün hərəkət sürətinin aşağı salınması barədə qərar qəbul edilib.
Əks istiqamətdə isə (üzü şəhər istiqamətində) 70 km/saat sürət rejimi qüvvədə qalıb.
Fərid
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












