Bu yolda nişanlar dəyişdi; düzünə getməyin - Sürücülərin şikayətinə AYNA-dan CAVAB - VİDEO

Bakıda yol hərəkətinin təşkilində edilən son dəyişiklik sürücülərin narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, Yəhya Hüseynov küçəsindən Bakı-Sumqayıt yoluna çıxış hissəsində hərəkət sxemi dəyişdirilib. Əvvəllər sürücülər bu kəsişmədən həm düz, həm də sağa hərəkət edə bilirdilər. Lakin yeni qaydalara əsasən, artıq yalnız sağa dönməyə icazə verilir. Bu dəyişiklik bir çox sürücünün narazılığına səbəb olub. Belə ki, əvvəllər həmin nöqtədən düz istiqamətdə hərəkət etməklə birbaşa Bakı-Sumqayıt yoluna çıxmaq mümkün idi. İndi isə şəhər istiqamətinə getmək istəyənlər məcburən Xırdalan dairəsindən keçməlidirlər ki, bu da həmin ərazidə nəqliyyat sıxlığının artmasına gətirib çıxarır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, qeyd edilən ərazidə yol hərəkətinin təşkili ilə bağlı yenilik edilməyib, yəni ərazidəki ("4.1.2" Sağa hərəkət) yol nişanı əvvəldən mövcud olub, tərəfimizdən sadəcə yol nişanlanma xətləri yenilənib. Yəhya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində vətəndaşların müraciəti ilə bağlı müvafiq təhlillər aparılacaq. Yəhya Hüseynov küçəsindən, Biləcəri qəsəbəsindən yol ötürücüsünün altı istiqamətində düzünə hərəkətin təşkili, yol kəsişməsinin işıqforla tənzimlənməsi aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra mümkün ola bilər.
Fərid
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












