Bu yolda qaydalar dəyişdi: Sola və geriyə dönənlər cərimələnir - VİDEO

Papanin körpüsü kimi tanınan yolayrıcında hərəkətin təşkilinə dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, əvvəllər Əbdülvahab Salamzadə küçəsinin kənar yolu ilə hərəkət edən zaman yolayrıcında hərəkət yalnız sağa təşkil edilmişdi. Sürücülər Ziya Bünyadov prospekti və 3-cü mikrorayon dairəsi istiqamətinə getmək üçün sağa - Ceyhun Səlimov küçəsinə dönürdülər və qarşıdakı geriyə dönmə yerindən istifadə edərək bu istiqamətlərdə hərəkət edirdilər. Lakin dəyişiklikdən sonra sürücülər digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol vermək şərtilə həm düzünə, həm də sola dönə bilirlər.
Dəyişikliklərdən biri də Ceyhun Səlimov küçəsində baş verib. Belə ki, C.Səlimov küçəsi ilə hərəkət edən sürücülər əvvəl körpünün altından sola - Əbdülvahab Salamzadə küçəsinə dönə bilirdi. Dəyişiklikdən sonra həmin kəsişmədə düzünə hərəkət təşkil edilib. Oradan sola dönən sürücülər yol polisi əməkdaşları tərəfindən cərimələnir.
Fərid
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












