Dairəni bildirən nişan var, amma dairənin özü yoxdur - ŞİKAYƏT - VİDEO

Paytaxtın Qobustan qəsəbəsində təhlükə ilə üzləşən sürücülər redaksiyamıza şikayət ünvanlayıb. Onlar Avtosfer.az">Avtosfer.az-a müraciət edərək bildirib ki, bir neçə il öncə sözügedən qəsəbədə (Bakı-Ələt yolunun 56-cı kilometrində) yerləşən körpünün üzərində dairəvi yolayrıcı təşkil edilib və dairəni nişanlanma xətti ilə işarələyərək onun sərhəddinə konuslar bərkidilmişdi. Lakin yol nəqliyyat hadisələri nəticəsində həmin konuslar əzilərək yararsız hala düşdü və nişanlanma xətti silindi. Ona görə də yolayrıcına yaxınlaşan sürücü dairənin harada yerləşdiyini görmür.
Həmin əraziyə yollanan əməkdaşımız oradakı vəziyyətlə tanış olarkən məlum olub ki, həqiqətən də dairəvi hərəkət təşkil edilmiş yolayrıcını bildirən 4.3 nişanları var, lakin dairənin özü yoxdur. Bununla yanaşı hərəkət zolaqlarını kanallaşdıran təhlükəsizlik adacıqları silinib və digər istiqamətdəki dairəni bildirən 4.3 nişanı düşərək itib. Hərəkətin təşkilində yaranmış nöqsan sürücülər arasında çaşqınlığa və anlaşılmazlığa səbəb olur. Bu isə qəzaları qaçılmaz edir.
Ümid edirik ki, hərəkətin təşkili ilə məşğul olan səlahiyyətli şəxslər həmin dairədə olan mövcud problemi tez bir zamanda aradan qaldıracaq.
Təbriz
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












