Diqqət: Bu küçədə sürət nişanları yığışdırıldı- RADAR VAR

Bir müddət öncə paytaxtın Yusif Səfərov küçəsinə iki svetofor obyekti quraşdırıldı. Belə ki, Sabit Orucov və Mehdi Mehdizadə küçələri ilə Yusif Səfərov küçəsinin kəsişməsinə svetofor quraşdırldıqdan sonra həmin küçədə sürət rejiminə də dəyişiklik edilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə Yusif Səfərov küçəsinin hər iki tərəfində 80 km/saat sürəti bildirən 3.24 nişanları yığışdırılıb. Hazırda həmin küçədə sürəti bildirən heç bir yol nişanı yoxdur.
Bu isə o deməkdir ki, qanunvericiliyin tələbinə görə yaşayış məntəqsində sürücülər 60 km/saat sürətlə hərəkət etməlidirlər. Yəni sürətin artırılması və ya azaldılması üçün əlavə 3.24 nişanı quraşdırılmayıbsa yaşayış məntəqəsində sürət həddi 60 km/saat olmalıdır. Bunu nəzərə alaraq sürücülərin diqqətinə çatdırırıq ki, Yusif Səfərov küçəsində hərəkət sürətini 60 km/saatdan yuxarı seçməsinlər.
Əks halda sözügedən küçədə quraşdırılmış radarlar sürücülər barəsində elektron qərar tərtib edəcək.
Təbriz
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












