İnsanları çaşdıran işıqfora görə kim məsuldur? - VİDEO

Metronun “Əhmədli” stansiyasının yaxınlığında quraşdırılmış piyada keçidini tənzimləyən işıqforun düzgün işləməməsi hərəkət iştirakçılarının narazılığına səbəb olur.
Problemlə bağlı sosial şəbəkələrdə paylaşımlar edilib, vəziyyətin təhlükəli hal yaratdığı bildirilib. Məsələ ondadır ki, işıqfor eyni vaxtda həm avtomobillər, həm də piyadalar üçün yaşıl işıq göstərir. Belə olan halda isə sürücü də, piyada da çaşdırıcı vəziyyətə düşür. Sözügedən problem bir neçə ay əvvəl azyaşlı piyadanın ölümünə səbəb olub.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırovun sözlərinə görə, həmin ərazidəki piyada keçidini tənzimləyən işıqfor NİİM tərəfindən quraşdırılmayıb: “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Daxili İşlər Nazirliyinin bilavasitə tabeliyinə veriləndə, Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt ərazisində işıqforların quraşdırılması ilə bağlı icrası tamamlanmış layihələrin nazirliyə təhvil-təslimi olub. Ancaq icrası hazırda davam edən layihələrin təhvil-təslim prosesi yekunlaşmayıb.”
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, sözügedən işıqforun düzgün işləməməsi ilə bağlı araşdırma aparılır.
(qafqazinfo)
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












